Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü bildirib ki, Azərbaycan Respublikası keçən il mübahisəli əraziləri geri aldıqdan sonra Rusiya sülhməramlı qüvvələri Qarabağ bölgəsindən çıxmağa başlayıb.
O, bu sözləri Azərbaycan mətbuatında Rusiya qoşunlarının Bakı ilə İrəvan arasında 2020-ci il sülh sazişi çərçivəsində yerləşdirilən mövqeləri tərk etməsi ilə bağlı yayılan xəbərlərlə aid sualın cavabında bəyan edib və “Bəli, bu doğrudur” deyib.
Azərbaycan Respublikası ötən ilin sentyabrında Qarabağ bölgəsini erməni silahlı birləşmələrindən geri alıb və bundan sonra oradakı ermənilər kütləvi şəkildə Ermənistana köçüb.
Sizin rəyiniz