Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Ali-Sani Rumıniyanın Baş naziri ilə görüşdən sonra mətbuat konfransında deyib: “Biz Qəzzə müharibəsi ilə bağlı ikili standartlarla müşayiət olunan müxtəlif beynəlxalq mövqeləri diqqətlə izləyirik və bu məsələdə eyni yanaşma yürütməyə çağırırıq.”
“Biz kollektiv cəzalandırma siyasətini və Qəzzədə İsrail tərəfindən hələ də davam etdirilən İordan çayının qərb sahilində münaqişənin şiddətlənməsini pisləyirik”- deyə vurğulayan Qətərin Xarici İşlər naziri əlavə edib ki, biz mülki şəxslərin qətlə yetirilməsini pisləyirik və Qəzzədə İsrail tərəfindən kollektiv cəzalandırmanın davam etməsi düzgün deyil.
O bildirib: “Biz Təl-Əviv səlahiyyətlilərinin Qəzzə xalqına qarşı tətbiq etdiyi mühasirə və aclıq siyasətini pisləyirik.”
“Qəzzədə dərhal atəşkəs yaradılmalı və hamı bu məsələdə üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir” - deyə, Ali Sani qeyd edib.
Sizin rəyiniz