17 aprel 2024 at 18:31
Jurnalist kodu: 5561
Xəbər kodu: 85448349
T T
0 Persons
Amerikalı müsəlman özünün nəfis markalarından ibarət kolleksiyanı İmam Rza (ə) Hərəminə bağışladı

Məşhəd - İRNA - Amerikada yaşayan Zəfər Əzəm adlı müsəlman 10 mindən çox marka və Hindistan hökumətlərinin tarixi sikkələrindən ibarət olan nəfis kolleksiyasını İmam Rza (ə) Hərəminin muzeyinə bağışlayıb.

Hərəmin marka, əskinas və sikkə xəzinəsinin rəhbəri çərşənbə günü hədiyyə edilmiş bu kolleksiya haqqında jurnalistlərə açıqlama verərək deyib: “Markalar dünyanın 100-dən çox Avropa, Asiya və Afrika ölkəsi, o cümlədən Albaniya, İspaniya, BƏƏ-nin Əcmən və Fuceyrə əmirlikləri, Antiqua adası, Barbados, Bermud, Kabo-Verde adaları, Kayman adaları, Mərkəzi Afrika Respublikası, Komor adaları, Qrenada, Macarıstan, Lixtenşteyn, Malaqas və Moriesent Lusiya adarına aiddir.”

Məhəmməd Hüseyn Yəzdinejad bu kolleksiyanın ən qədim markasının 1870-ci ilə aid olduğunu bildirərək əlavə edib: “Bu kolleksiyadakı bəzi markaların adları Pan Amerika Sərgisi 1901, ruhani ataların Amerikaya gəlişinin 300-cü ili 1920, Corc Vaşinqtonun anadan olmasının 200-cü ili 1932, Müstəqillik Müharibəsindən sonra Sülh Bəyannaməsinin 150-ci ili, ABŞ Konstitusiyasının 150-ci ili 1937-ci il, Pony Express-in 80-ci ili 1940-cı il ilə bağlıdır.”

O, qeyd edib ki, açıqcalar, zərflər, möhürlənmiş zərflər, məktublar, əskinaslar, Hindistanın yerli hökmdarları və Heydərabadın Nizamülmülkü şahlarından təxminən 400 il əvvəldən 1948-ci ilə qədər olan qızıl, mis və nikel sikkələri albomu bu Amerikada yaşayan bu müsəlmanın İmam Rza (ə) Hərəminin muzeyinə bağışladığı mədəni sərvətlərdən bir hissəsidir.

Sizin rəyiniz

You are replying to: .