19 aprel 2024 at 10:31
Jurnalist kodu: 5487
Xəbər kodu: 85449686
T T
0 Persons
Əmir Abdullahiyan: İranın raket hücumu sionist rejimin iki hərbi və təhlükəsizlik mərkəzini hədəfə aldı

Nyu-York - İRNA - Nyu-Yorkda səfərdə olan İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Amerikanın CNN telekanalı ilə söhbətində deyib: “Əgər İsrail rejimi səhv edərsə, işğal olunmuş ərazilərdə dərhal, qəti və peşmanedici cavab verəcəyik.”

Nyu-Yorkda səfərdə olan İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan Amerikanın CNN telekanalı ilə söhbətində deyib: “Ümid edirik ki, Amerika İsrail rejimini dayandıracaq və bu rejimin yeni avantürist hərəkətlərinə icazə verməyəcək, amma İsrail rejiminin yeni avantürası olacağı təqdirdə vəziyyət və İranın bundan sonrakı cavabı fərqli olacaq.”

Əmir Abdullahiyan əlavə edib: “İsrail rejiminin keçdiyi qırmızı xətt İran İslam Respublikasının Dəməşqdəki səfirliyinə hücumu idi. Bu hücumda İranın terrorla mübarizə üzrə 7 rəsmi hərbi müşaviri İsrail rejiminin raket hücumu nəticəsində şəhid oldu, məlum Vyana Konvensiyaları pozuldu. İsrail rejimi diplomatik yerlərin toxunulmazlığına aid qırmızı xətləri keçdi.”

Xarici İşlər naziri müsahibəsinin davamında deyib: “Bəli, qanuni müdafiə çərçivəsində etdiyimiz hücum minimal idi. Çünki biz İsrail rejiminin səfirliyimizə raket zərbəsi həyata keçirdiyi yalnız iki hərbi mərkəzə, yəni Navatim aviabazasını və bir kəşfiyyat və təhlükəsizlik mərkəzini hədəfə aldıq. Biz mülki insanları hədəf almadıq, İsrail rejiminin iqtisadi mərkəzlərini hədəf almadıq, yalnız F35 təyyarəsinin qalxdığı və Colan təpələrindən səfirliyimizin hədəfə alındığı iki yeri vurduq. Bu, bizim minimum hədəfimiz idi. Amma İsrail rejiminin avantürası təkrarlanarsa maksimum cavabımız nə olacaq?

 Deyə bilərəm ki, çox peşmanedici bir cavab. Maksimum hərəkətin təfərrüatları ölkəmin Silahlı Qüvvələri tərəfindən hazırlanmışdır. Ümid edirəm ki, İsrail rejimi səhv hesablamaya yol verməyəcək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .