19 aprel 2024 at 16:50
Jurnalist kodu: 5487
Xəbər kodu: 85449976
T T
0 Persons
İslam Əməkdaşlıq Təşkilatı: Amerikanın Fələstinin tam üzvlüyünə veto qoyması BMT Nizamnaməsinə ziddir

Tehran - İRNA - İslam Əməkdaşlıq Təşkilatı bəyan edib ki, Fələstin xalqının zülmün, təcavüzün və soyqırımın ağır formalarına ən çox məruz qaldığı şəraitdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Fələstinin bu təşkilata tamhüquqlu üzvlüyünün təsdiqi sahəsində öz öhdəliklərini yerinə yetirməməsi dərin təəssüf hissi doğurur.

İƏT vurğuladı: ABŞ-ın Fələstinin tamhüquqlu üzvlüyünə qarşı veto hüququndan istifadə etməsi BMT Nizamnaməsini pozmaqdır. Belə ki, bu nizamnamədə qeyd olunan öhdəlikləri qəbul edən bütün ölkələr BMT-yə üzv olmaq hüququna malik olacaqlar.

İƏT bəyan edib: ABŞ-ın veto hüququndan istifadə edərək son addımı fələstinlilərin qanuni hüquqlarını əldə etmələrinə mane olmağa davam etmək deməkdir və bu, Fələstin xalqının 75-ci ildən bəri onlara tətbiq edilən tarixi ağrı və iztirabların uzanmasına səbəb olacaq.

Sizin rəyiniz

You are replying to: .