Sionist rejim televiziyasının 12-ci kanalı bu rejimin İsfahandakı son anti-İran hərəkətinin İran mediasında ələ salınmasına diqqət çəkib.
Bu sionist media sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben Qvirin bu rejimin İrana qarşı zəif fəaliyyəti, habelə onu “uşaq oyununa” bənzətməsi ilə bağlı reaksiyasına işarə edərək yazıb: İranlılar bu hərəkətdən sonra bizi məsxərəyə qoyurlar.
Sionist rejim televiziyasının 12-ci kanalı bildirib: Hücumdan sonra (İsfahandakı kvadrokopterlər) Ben Qvirin bu məsələ ilə bağlı tviti İran qəzetlərinin birinci səhifələrinin manşetinə çevrildi və iranlılar İsrailin reaksiyasını ələ saldılar.
Sizin rəyiniz