Cənubi Afrika Respublikasının Xarici İşlər naziri xanım Naldi Pandro ilə ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan arasında (Nyu-Yorkda) telefon danışığında ikitərəfli münasibətlərdə baş verən son hadisələr, xüsusilə sionist rejimin ölkəmizin Dəməşqdəki səfirliyinə son hərbi hücumuna İran İslam Respublikasının qanuni cavabından sonra Qərbi Asiya regionundakı vəziyyət müzakirə edilib.
Bu telefon danışığında ölkəmizin Xarici İşlər naziri vurğulayıb: “BMT Təhlükəsizlik Şurasının İsrail rejiminin ölkəmizin səfirliyinə hücumunu pisləmək üçün adekvat cavab verməməsi və Təhlükəsizlik Şurasının bəzi daimi üzvü olan ölkələrin (Amerika, İngiltərə və Fransa) İsrailin cinayətinin BMT Təhlükəsizlik Şurasında pislənməməsinin ardınca, İran qanuni müdafiə prinsipinə və təbii özünümüdafiə hüququna əsaslanaraq, bu hücumda iştirak edən İsrail rejiminin iki hərbi və kəşfiyyat bazasını hədəf almağa qərar verdi.”
Xanım Pandro da ölkəmizin Xarici İşlər nazirinə bu açıqlamaya görə təşəkkür edib və Qəzzədə dərhal atəşkəs əldə olunmasının vacibliyini vurğulayıb.
Sizin rəyiniz