21 aprel 2024 at 09:55
Jurnalist kodu: 5487
Xəbər kodu: 85451510
T T
0 Persons
İran və Omanın xarici işlər nazirləri Qəzzada dərhal atəşkəs və humanitar yardımın göndərilməsinə təkid ediblər

Tehran - İRNA - İran İslam Respublikası və Oman Sultanlığının xarici işlər nazirləri sionist rejimin cinayətlərinə son qoyulması, təcili atəşkəs və Qəzza xalqına humanitar yardımların göndərilməsi üçün beynəlxalq səylərin zəruriliyini vurğulayıblar.

Oman Sultanlığının xarici işlər naziri Seyid Bədr bin Həməd Əlbusaidi İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığında regiondakı son hadisələri müzakirə edib.

Oman Soltanlığının xarici işlər naziri bu çağırışda sionist rejimin regionda sabitliyi pozan hərəkətlərini pisləyərək təkid edib ki, regiona təhlükəsizliyin qaytarılmasının yeganə yolu sionist rejimin Qəzzada hərbi cinayətlərinin dayandırılmasıdır.

Ölkəmizin xarici işlər naziri Hüseyn Əmir Abdullahian da regionda baş verən son hadisələrlə bağlı Oman Sultanlığının güclü mövqelərinə təşəkkür edərək yüksək qiymətləndirib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .