Türkiyənin Xarici İşlər naziri Hakan Fidan deyib: “1967-ci il sərhədlərində müstəqil Fələstin dövləti qurulana qədər səylərimiz fasiləsiz davam edəcək.”
H. Fidan əlavə edib: “Vaşinqton Fələstinin Birləşmiş Millətlər Təşkilatına daimi üzv kimi daxil olmasına mane oldu və bu, Fələstin xalqına qarşı böyük zülmdür.”
“Beynəlxalq ictimaiyyəti zülmə müqavimət göstərməyə və Fələstin dövlətini tanımağa çağırırıq” - deyə, o bildirib.
Tehran - İRNA - Türkiyənin Xarici İşlər naziri bu gün (bazar) Təhlükəsizlik Şurasının Fələstinin BMT-yə üzvlüyü ilə bağlı qətnaməsinə veto qoymasına münasibət bildirdiyi açıqlamasında Vaşinqtonun bu hərəkətini Fələstin xalqına qarşı zülm və haqsızlıq adlandırıb.
Sizin rəyiniz