Pakistanın Baş naziri: İranla əməkdaşlıq paytaxtı Qüds olan Fələstin dövləti qurulana qədər davam edəcək

Tehran - İRNA -Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif İran Prezidenti ilə keçirdiyi mətbuat konfransında deyib: “Fələstin məsələsinin ədalətli, ətraflı və davamlı həlli lazımdır. Pakistan Fələstinə dəstəyində şərt qoymur və paytaxtı Qüds olan Fələstin dövləti qurulana qədər İranla əməkdaşlığı davam etdirəcək.”

İRNA-nın hökumət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, ölkəmizin Prezidenti Ayətullah Seyid İbrahim Rəisi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə birgə mətbuat konfransında İran İslam Respublikasının nümayəndə heyətinə evsahibliyi etdiyinə görə Pakistanın Baş naziri və möhtərəm hökumətinə təşəkkür edərək deyib: “Bu gün gözəl İslamabad şəhərində olduğumuza görə şadam. Bu tribunadan Pakistanın yaxşı və dindar xalqını salamlayıram, ədəb və hörmətimi ifadə edirəm. Bu ölkənin hər yerində bütün hörmətli pakistanlı ailələrə İslam İnqilabının Ali və Müdrik Rəhbərinin və İran xalqının salamlarını çatdırıram.” 

Ayətullah Rəisi əlavə edib: “Hər zaman İslamı və islami dəyərləri müdafiə edən, Fələstin və Qəzzə məzlumlarını daim müdafiə edən, Pakistanın müxtəlif şəhərlərinin küçələrində həmişə Qüdsi-şərifin azadlığını hayqıran, həmişə haqqı, ədaləti müdafiə edən Pakistan xalqına salam və təşəkkürlərimi bildirirəm.” 

Ayətullah Rəisi terrorla mübarizədə iki ölkənin mövqelərini eyni hesab edərək deyib: “Hər iki ölkə mütəşəkkil narkotik cinayətləri təhlükəsi və hər cür təhlükə ilə mübarizə aparmaqda qərarlıyıq. Bu, hər iki ölkənin ortaq baxışıdır. Bir sözlə, insan hüquqlarının müdafiəsi istər ikitərəfli, istər regional, istərsə də beynəlxalq əməkdaşlıq olsun, iki ölkə arasında əməkdaşlığın diqqət mərkəzindədir.” 

Pakistanın Baş naziri də Ayətullah Rəisi ilə birgə mətbuat konfransında deyib: “Pakistanın yeni hökuməti seçildikdən sonra ilk dəfədir ki, ölkəmizə yüksək rütbəli rəsmi gəlir. Bu, bizi qürurlandırır. Gözlərimiz aydın, qəlbimiz şad olsun!” 

Məhəmməd Şahbaz Şərif sonra deyib: “Hər iki ölkə Qəzzə əhalisinin qətliam edilməsindən narahat olduqlarını bildirdib və biz bu barədə danışmışıq, yekdilliklə İsraili pisləyir və dünya ölkələrini bu hərbi əməliyyatı tez bir zamanda dayandırmağa çağırırıq. Fələstin məsələsinin ədalətli, ətraflı və davamlı həlli lazımdır. Pakistan Fələstinə dəstəyində şərt qoymur və paytaxtı Qüds olan Fələstin dövləti qurulana qədər İranla əməkdaşlığı davam etdirəcək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .