Ayətullah Seyid İbrahim Rəisi bazar ertəsi Pakistana rəsmi səfər proqramının davamında Prezident iqamətgahında Pakistan Milli Məclisinin sədri Sərdar Ayaz Sadiqlə görüşündə bu səfərin əlaqələrin inkişafı istiqamətində bir addım olacağına ümidvar olduğunu bildirərək, iki ölkə parlamentlərinin rolunu ikitərəfli münasibətlərin təşviq edilməsində və sürətləndirilməsində mühüm və səmərəli adlandırıb.
Ayətullah Rəisi bəyan edib ki, düşmənlərin düşmənçiliyi qarşısında iki yol vardır: təslim olmaq və ya müqavimət göstərmək. Prezident əlavə edib: “Fələstində bəzi insanlar saziş yolunu tutdular, bəziləri isə müqavimət yolunu tutdular, çünki sazişin xərci müqavimətdən qat-qat ağırdır. İran İslam Respublikası bir tərəfdən diplomatiya və danışıqlar masasını tərk etmədi, digər tərəfdən isə amerikalıların təzyiq və sanksiyalarına qarşı müqavimət variantını seçdi və öz haqqından geri çəkilmədi. Bunun nəticəsidir ki, bu gün İran iqtisadiyyatında 6% artımın şahidi oluruq və Amerika rəsmiləri İrana qarşı maksimum təzyiq siyasətinin məğlubiyyətə uğradığını etiraf edirlər.”
Prezident ölkəmizin bəzi imkanlarını, o cümlədən avtomobil istehsalı sahəsində, 10 mindən çox bilik əsaslı şirkətin fəaliyyətini və onun kimi fəaliyyət sahələrini sadalayaraq, İranın müxtəlif sahələrdə öz imkan və nailiyyətlərini dost və qardaş ölkə Pakistanla bölüşməyə və müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməyə hazır olduğunu açıqlayıb.
Sərdar Ayaz Sadiq də bu görüşdə özü və müxtəlif Pakistan partiyaları adından doktor Rəisini salamlayıb və əlavə edib: “Pakistan partiyalarının heç biri, istər hökumətlə həmrəy, istərsə də müxalifət partiyaları İran İslam Respublikası ilə dostluq münasibətlərinin əleyhinə deyil.”
Ayətullah Rəisi: İrana qarşı maksimum təzyiq siyasəti məğlubiyyətə uğradı
22 aprel 2024 at 20:49
Xəbər kodu:
85453584
Tehran - İRNA - Prezident İrana qarşı maksimum təzyiq siyasətinin iflasa uğradığını vurğulayaraq deyib: “İslam Respublikası bir tərəfdən diplomatiya və danışıqlar masasını tərk etmədi, digər tərəfdən də amerikalıların təzyiq və sanksiyalarına qarşı müqavimət göstərmək variantını seçdi və öz haqqından geri çəkilmədi.”
Sizin rəyiniz