Ölkəmizin xarici işlər naziri Hüseyn Əmir Abdullahian Avropa İttifaqının İrana qarşı sanksiya qərarına cavab olaraq virtual məkanda şəxsi səhifəsində yazıb: Avropa İttifaqının daha çox qanunsuz məhdudiyyətlər tətbiq etmək üçün tez qərar verməsi təəssüf doğurur. Sadəcə ona görə ki, İran İsrail rejiminin həyasız təcavüzünə qarşı özünü müdafiə etmək hüququndan istifadə edib.
O deyib: Avropa İttifaqı İsrailin cinayətkar rejimini qane etmək üçün Vaşinqtonun tövsiyələrinə əməl etməməlidir. İsrail rejimi hibrid hərbi cinayətlər, raket hücumları və aclıq törətməklə fələstinlilərə qarşı soyqırım törətməyə davam etsə də, Aİ-nin buna cavabı boş sözlərdən başqa bir şey deyil.
Əmir Abdullahian əlavə edib: Avropa İttifaqı məsuliyyətli davranmalı və İsrail rejiminə sanksiya tətbiq etməlidir.
Sizin rəyiniz