Əl-Məyadin şəbəkəsi işğal altındakı Fələstinin şimalındakı “Hayfa” sahillərində sionist rejimin hərbi bazasının Hizbullahın pilotsuz təyyarələri tərəfindən hədəf alındığını bildirib.
Bu xəbərə görə, hücum Livandan Əl-Cəlil ətrafındakı qəsəbələrə doğru pilotsuz təyyarələr eskadrilyası tərəfindən həyata keçirilib və sionist hava hücumundan müdafiə sistemlərinin işə salınmasına səbəb olub.
Livan Hizbullahı yaydığı bəyanatda bildirib: “İslam müqaviməti Qəzzə zolağında mətanətli Fələstin xalqına və onların cəsur və şərəfli müqavimətinə dəstək, habelə İsrailin Adlun qəsəbəsinə təcavüzü və mücahid qardaşlarından birini terror etməsinə cavab olaraq pilotsuz təyyarələrimiz işğal altındakı Golani briqadasının qərargahını və “Əkka” şəhərinin şimalında yerləşən “Şrağa” kazarmasında 621-ci “İqor” bölməsinin qərargahını hədəfə aldı.”
Hizbullahın bəyanatına görə, bu hücum dəqiq və birbaşa həyata keçirilib.
Sizin rəyiniz