Adı açıqlanmayan bu məmur “Əl-Ərəbi Əl-Cədid”-ə müsahibəsində əlavə edib: Biz sağ olan israilli məhbusların sayını açıqlaya bilmərik, lakin onların sayı İsrail mediasında açıqlanan statistik məlumatlardan xeyli çoxdur.
O əlavə edib: Təkcə HƏMAS hərəkatının əlində oktyabrın 7-də hərbi qərargahlardan və bəzi həssas təhlükəsizlik qərargahlarından əsir götürülən 30-a yaxın İsrail generalı və yüksək rütbəli zabiti var.
HƏMAS-ın bu yüksək rütbəli üzvü daha sonra deyib: Bu əsirlər ciddi mühafizə olunan və işğalçı qüvvələrin əli çatmayan yerlərdə saxlanılır və onlara çıxış heç bir halda mümkün deyil.
Sizin rəyiniz