26 aprel 2024 at 15:31
Jurnalist kodu: 5487
Xəbər kodu: 85457487
T T
0 Persons
Yəmən Ənsarullahı Amerika universitetlərində Fələstin tərəfdarı olan tələbələrin sıxışdırılmasını pisləyib

Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının siyasi ofisi Amerika hakimiyyətinin Qəzzədə soyqırım cinayətlərinə son qoyulmasını tələb edən ölkə universitetlərinin etirazçı tələbələrini sıxışdırmaq istiqamətindəki hərəkətini pisləyib.

Yəmən Ənsarullah Hərəkatının siyasi ofisi bununla bağlı yaydığı bəyanatda vurğulayıb ki, nümayişçilərin əsassız şəkildə sıxışdırılması ABŞ hökumətinin azadlığı müdafiə etmək, insan haqlarını qorumaq və demokratiyanı yaymaq iddiasının yalan olduğunu ortaya qoydu.

Hərəkatın siyasi ofisi Amerika vətəndaşlarının dinc nümayiş haqqını vurğulayaraq, onların cəmiyyətin Fələstin məsələsi ilə bağlı şüurunun artması və İsrail rejiminin Qəzzədə qəddar hərəkətlərinə qarşı çıxdığını göstərən mənəvi mövqelərini yüksək qiymətləndirib.

Ənsarullah insan haqları ilə bağlı beynəlxalq təşkilatları ABŞ-da dinc nümayişçilərə qarşı repressiv tədbirləri pisləməyə və insan haqlarının pozulmasını dayandırmaq üçün ABŞ hökumətinə təzyiq göstərməyə çağırıb.

Bəyanatda qeyd olunub ki, İsrail rejiminin Qəzzədə törətdiyi soyqırım cinayətləri, bu cinayətləri dayandırmaq üçün qətiyyətli beynəlxalq mövqe tələb edir. ABŞ-da keçirilən dinc nümayişlər bu cinayətlərə qarşı olduğunu və Amerika xalqının Fələstin xalqı ilə həmrəyliyini nümayiş etdirir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .