27 aprel 2024 at 17:57
Jurnalist kodu: 5487
Xəbər kodu: 85458759
T T
0 Persons

Tags

İllinoys Universiteti tələbələri həbs və təhsildən uzaqlaşdırılmaqla hədələyib

Tehran - İRNA - Amerikada tələbə etirazlarının davam etməsi ilə İllinoys Universiteti tələbələri təhdid edib ki, əgər onlar Fələstinə dəstək və sionist rejimə qarşı çıxmaq məqsədilə [universitet ərazisində] çadırlar qurmağa son qoymasalar, onları asqıya alınma və həbs gözləyir. 

CNN xəbər kanalı yazıb: İllinoys Universiteti cümə günü səhər (dünən) başlayan mitinqlərdə iştirak edən insanlara etirazların davam etdirilməsinin nəticələri barədə xəbərdarlıq edib. 

Universitetin cümə günü gecə yaydığı bəyanatda qeyd deyilir: universitet polisinin çadırların sökülməsi üçün cümə günü günortadan sonra çadırların qurulduğu əraziyə universitet əməkdaşlarını müşayiət etməyi planlaşdırırdı, lakin etirazçılar onlara mane olub və polis geri çəkilməyə məcbur qalıb. 

Universitet rəsmiləri də etirazçıları könüllü şəkildə oranı tərk etməyə razı salmağa çalışacaqlarını və bu qərarla  razılaşacaqlarına ümid etdiklərini bildiriblər.

Sizin rəyiniz

You are replying to: .