29 aprel 2024 at 23:41
Jurnalist kodu: 5561
Xəbər kodu: 85461330
T T
0 Persons
Kolumbiya Universiteti Fələstin tərəfdarı olan tələbələri ixrac etməklə hədələyib

New York - IRNA - Amerikanın Nyu York şəhərindəki Kolumbiya Universiteti Fələstin tərəfdarları və İsrail əleyhdarı olan tələbələri aksiyaları dayandırmağa razı sala bilmədiklərinə görə universitetin rəhbəri polisdən onları dağıtmalarını istəyib. Tələbələr etirazları dayandırmayacaqları təqdirdə universitetdən qovulacaqlarını bildiriblər.

Amerikanın Kolumbiya Universitetində bir həftədən çoxdur ki, Qəzza xalqı ilə həmrəylik hərəkatını dəstəkləyərək çadırlar salan tələbələrə yerli vaxtla bazar ertəsi günortadan sonra çadırları boşaltmaları haqda xəbərdarlıq edilib. Əgər çadırları yığışdırmasalar təhsildən kənarlaşdırılacaqları ilə təhdid olunublar.
Verilən məlumatlara əsasən universitet məsulları ilə tələbələrin danışıqları nəticəsiz qalıb.

Sizin rəyiniz

You are replying to: .