30 aprel 2024 at 10:55
Jurnalist kodu: 5487
Xəbər kodu: 85461714
T T
0 Persons
Yəmən silahlı qüvvələri: 2 Amerika esminesini və 2 İsrail gəmisini hədəf aldıq

Tehran - İRNA - Yəmən silahlı qüvvələrinin sözçüsü çərşənbə axşamı səhər verdiyi bəyanatda ölkənin hərbi qüvvələrinin Qırmızı dəniz və Hind okeanı sularında 2 Amerika esminesi və 2 İsrail gəmisini hədəf aldığını bildirib.

Briqada generalı Yəhya Səri deyib: Qırmızı dənizdə 2 Amerika esminesi də daxil olmaqla, çoxlu sayda PUA-la düşmən döyüş gəmilərinə qarşı hərbi əməliyyatlar keçirdik. 

Yəhya Səri bu əməliyyatın uğurlu keçdiyini bildirərək əlavə edib: Dəniz, Raket və Hərbi Hava Qüvvələrimiz Qırmızı dənizdə “Cyclades” gəmisinə qarşı birgə əməliyyat keçirdi və zərbə dəqiq oldu. 

Yəmən silahlı qüvvələrinin sözçüsü əlavə edib: "Cyclades" gəmisinin hədəfi bu gəminin 21 apreldə aldadıcı üsulla (ayrı ölkəyə gedirmiş kimi) Umm ər-Rəşraş (işğal altında olan Eylat) limanına getməsindən sonra baş verib.  

General Səri həmçinin deyib: Hind okeanında İsrailə məxsus MSC ORION gəmisini bir neçə PUA-la hədəfə aldıq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .