İRNA-nın Fələstinin Şəhab xəbər agentliyinə istinadlı məlumatına görə, HƏMAS bu bəyanatda bildirib: Biz Trinidad və Tobaqo hökumətinin Fələstin dövlətini tanımaq üzrə hərəkətini alqışlayırıq və biz bunu Fələstin xalqının nasist sionist rejiminin əli ilə Qəzza zolağında köçürülməyə və məhvə məruz qaldığı zaman onların torpaqlarına və vətənlərinə olan hüquqlarını dəstəkləyən mövqe hesab edirik.
HƏMAS bu bəyanatda əlavə edib: Biz bütün ölkələrdən istəyirik ki, xalqımızın öz torpaqları üzərində paytaxtı Qüds olan müstəqil dövlətlərini qurmaq haqqını dəstəkləsinlər və işğalçılar və onların liderlərini soyqırımı dayandırmağa məcbur etmək üçün tədbirlər görsünlər.
Sizin rəyiniz