İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun ötən həftə HƏMAS müqavimət hərəkatına qarşı açıqlamalarına Türkiyədə reaksiyalar davam edir.
Bununla əlaqədar dünəndən etibarən bir sıra Türkiyə vətəndaşı və ictimai fəallar İstanbul metrosunda Türkiyə və Fələstin bayraqları və plakatları quraşdırıb və yayaraq bələdiyyə sədrinin açıqlamalarına etirazlarını nümayiş etdiriblər.
Bu plakatlarda Fələstin müqaviməti və HƏMAS-ı dəstəkləyən və İstanbul bələdiyyə sədrinin açıqlamalarını inkar edən ifadələr var.
Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasına (CHP) bağlı olan İmamoğlu ötən həftə CNN-ə deyib: HƏMAS İsraildə hücum həyata keçirdi ki, biz buna çox təəssüf edirik. Terror fəaliyyəti ilə məşğul olan, kütləvi şəkildə insanları qətlə yetirən istənilən mütəşəkkil struktur, fikrimizcə, terror təşkilatı sayılır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyə sədrinin bu açıqlamalarına hələlik münasibət bildirməsə də, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası və onun millətçi müttəfiqi bu açıqlamalara reaksiya verib və sərt şəkildə qınayıb.
Sizin rəyiniz