8 may 2024 at 10:22
Jurnalist kodu: 5564
Xəbər kodu: 85469848
T T
0 Persons
Hollandiyalı vəkillər Netanyahunun həbsinə order verilməsini tələb ediblər

Tehran - İRNA - Bir qrup hollandiyalı vəkil sionist rejimin baş naziri Benyamin Netanyahunun Qəzzada törətdiyi cinayətlərə görə onun həbsinə order verilməsini istəyib.

Hollandiyalı hüquqşünaslardan ibarət bu qrup Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən Netanyahu və digər İsrail rəsmilərinin həbsinə order verilməsini və onun ən qısa zamanda icrasını tələb edib.

Bundan əvvəl ivrit dilində çıxan “Yediot Aharonot” qəzeti sionist rəsmilərə istinadən xəbər vermişdi ki, bu rejimin məsul şəxslərinin həbsinə dair orderin Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən gizli şəkildə veriləcəyi ehtimalı var və onlar yalnız işğal olunmuş ərazilərdən kənara çıxdıqdan sonra bundan xəbər tutacaqlar.

Sionist KİV-in məlumatına görə, ABŞ hökuməti Haaqa Məhkəməsinin Netanyahu haqqında həbs qərarı verməsinin qarşısını almağa çalışır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .