8 may 2024 at 16:01
Jurnalist kodu: 5564
Xəbər kodu: 85470456
T T
0 Persons

Tags

Guardian: Avropada Fələstinə dəstək tələbə aksiyaları genişlənir

Tehran - İRNA - Guardian qəzeti dərc etdiyi məqaləsində Fələstinə dəstək verən tələbə etiraz aksiyalarının bütün Avropaya yayıldığını bildirərək yazıb: Etirazçılar bu universitetlərlə İsrail rejiminin qurumları arasında əlaqəni kəsməyi tələb edirlər.

Qəzzə müharibəsinə görə universitetlərin İsraillə əlaqələrinin kəsilməsini tələb edən Fələstin tərəfdarı tələbələrin nümayişləri ABŞ-dan sonra Avropaya da yayılıb. Hollandiyada polis Amsterdam Universitetinin kampusunda nümayişçilərin çadırlarına şiddətli hücumlardan sonra 169 nəfəri həbs etdiyini bildirib. Almaniyanın şərqindəki Leypsiq Universiteti də bəyanat yayaraq bildirib ki, çərşənbə axşamı günortadan sonra 50-60 etirazçı tələbə mühazirə zalını zəbt etdi və onların əllərində: “Soyqırıma qarşı universiteti işğal et” yazılmış plakatlar var idi. Cenevrədəki Lozanna və İsveçrənin Sürix universitetlərində də Fələstin tərəfdarlarının etiraz aksiyaları keçirilib. Digər Avropa universitetləri də oxşar aksiyaların şahidi olublar.

Sizin rəyiniz

You are replying to: .