8 may 2024 at 17:09
Jurnalist kodu: 5564
Xəbər kodu: 85470535
T T
0 Persons

Tags

Qəzzədə Şəfa xəstəxanası ərazisində daha bir kütləvi məzarlıq aşkar edildi

Tehran - İRNA - Bu gün (çərşənbə) media mənbələri Şəfa xəstəxanası ərazisində daha bir kütləvi məzarlıqda onlarla şəhidin cəsədinin tapıldığını açıqlayıb.

Qəzzə zolağında Hökumətin İnformasiya Ofisinin yaydığı bəyanatda bildirib: “Bu gün tibb işçiləri və xilasedici qurumlar Qəzzə şəhərinin qərbində yerləşən Şəfa xəstəxanası ərazisində üçüncü kütləvi məzarlığı aşkar ediblər.” İnformasiya Ofinin bildirdiyinə görə, indiyədək bu kütləvi məzarlıqdan 49 şəhidin cənazəsi çıxarılıb. Xilasetmə təşkilatları və tibb işçiləri hələ də yeni cəsədlərin axtarışını davam etdirirlər. Yeni cəsədlərin tapılması və şəhidlərin sayının artacağı ehtimalı var. Qəzzə zolağındakı Hökumət İnformasiya Ofisi indiyədək zolağın müxtəlif bölgələrində xəstəxanaların içərisində yeddi kütləvi məzar aşkarlandığını xəbər verib. Ötən ay sionist rejim ordusunun cinayətləri sona çatdıqdan sonra tibb qrupları Qəzzənin Şəfa xəstəxanası ərazisində 381 cəsəd aşkarlamışdı.

0 Persons

Sizin rəyiniz

You are replying to: .