Cümə günü Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistanın baş diplomatları sülh razılaşması üzrə danışıqlara başlayıblar.
Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və onun erməni həmkarı Ararat Mirzoyan Almatı Dostluq Evinə gəliblər.
Qazaxıstanın Xarici İşlər naziri Murat Nurtleu bununla bağlı deyib: “Azərbaycan və Ermənistan təkcə qonşu dövlətlər deyil, həm də Astana üçün mühüm strateji tərəfdaşlardır.”
Bəyanatda o da bildirilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri öz çıxışlarında danışıqlar üçün platformanın təmin edilməsinə və bu tədbirin yüksək səviyyədə təşkilinə görə Qazaxıstan tərəfinə təşəkkür ediblər. Bayramov və Mirzoyan bu mərasimdən sonra ikitərəfli danışıqlara başlayıblar.
Almatıda Azərbaycan və Ermənistan arasında sülh danışıqları başlayıb
10 may 2024 at 21:56
Xəbər kodu:
85472539
Tehran - İRNA - Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qazaxıstanın Almatı şəhərində sülh razılaşması ilə bağlı danışıqlara başlayıblar.
Sizin rəyiniz