13 may 2024 at 10:13
Jurnalist kodu: 5564
Xəbər kodu: 85475189
T T
0 Persons
Prezident Müdafiə İnnovasiyaları Təşkilatının yaradılması haqqında fərman verib

Tehran - İRNA - Prezident şəhid Fəxrizadənin yolunu davam etdirmək və möhkəmləndirmək məqsədi ilə “Müdafiə Tədqiqatları və İnnovasiya Təşkilatı”nın yaradılması qanunu ilə bağlı Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinə bildiriş verib.

“SEPƏND” kimi tanınan Müdafiə Tədqiqatları və İnnovasiya Təşkilatının yaradılması haqqında qanun İslam Məclisi Şurası tərəfindən aprelin 23-də bazar ertəsi keçirilən açıq iclasda təsdiqlənib və mayın 2-də Nəzarət Şurası tərəfindən təsdiq edilib.

Qanunun birinci maddəsində deyilir: Şəhid alim Möhsün Fəxrizadənin yolunu davam etdirmək və möhkəmləndirmək, müdafiə və təhlükəsizlik üçün indi və gələcəkdə lazım olan üstün texnologiyalara nail olmaq üçün innovasiyaya önəm verilməklə və onların inkişafına dəstək, və düşmənin texnoloji sürprizinə uyğun olaraq və ölkənin texnoloji sürprizinin qarşısının alınması sahəsində innovativ, yeni yaranan, yenilikçi, yüksək riskli və üstün texnologiyaların idarə edilməsinə və əldə edilməsinə, həmçinin, müasir müdafiə təyinatlı məmulatların dizaynı, ixtirası, istehsalı, təchizatı və dəstəklənməsi, Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin tabeliyində olan Müdafiə Tədqiqatları və İnnovasiyalar Təşkilatı (SEPƏND) formalaşdırılsın.

0 Persons

Sizin rəyiniz

You are replying to: .