“Politico” jurnalı bununla bağlı yazıb ki, Amerikada 50-yə yaxın fakültədə keçirilən etiraz aksiyaları 2000 tələbənin həbsinə, hətta bəzilərinin məzuniyyət prosesinin tətil olmasına səbəb olub.
Bu hesabat İsrailin müharibə hərəkətlərinə qarşı son etirazları 1960-cı illərdən bəri ən geniş yayılmış universitet iğtişaşları hesab edib və əlavə edib ki, son iki həftədə universitet şəhərciklərində etirazlar güclənib, Fələstin tərəfdarı tələbələr ictimai yerlərdə çadırlar qurub və 30-dan çox universitetdə aksiyalar polislə qarşıdurmaya səbəb olub.
“Carnegie” analitik mərkəzi də bununla bağlı yazıb: ABŞ-da tələbələr Qəzzaya qarşı zorakı hərəkətlərə etirazlarını davam etdirərkən və İsrail bu torpaqları geniş şəkildə dağıdaraq Qəzzada yaşamağı qeyri-mümkün edərkən, fələstinlilərin acınacaqlı vəziyyəti Amerika gənc nəsli üçün mühüm əxlaqi məsələyə çevrilir; Onlar İsrailin sərt hərəkətlərinin davam etməsinə daha dözə bilmirlər.
Sizin rəyiniz