Bazar ertəsi Ararat Mirzoyan Yerevana səfər etmiş Maltanın Xarici İşlər Yan Borqla görüşündə deyib: “Biz Azərbaycan Respublikası ilə nəqliyyat əlaqələrinin yenidən bərpasına, xüsusən də dəmir yolu əlaqəsinin birinci mərhələsində həm hazırıq, həm də bunda maraqlıyıq.”
O, Qazaxıstanda Azərbaycan Respublikasının Xarici İşlər naziri ilə apardığı son danışıqları konstruktiv qiymətləndirib və əlavə edib: “İki tərəf arasında danışıqların mövzusu regiondakı mövcud vəziyyəti və iki ölkə arasında baş verənləri araşdırmaq olub.”
İRNA-nın məlumatına görə, şənbə günü Azərbaycan və Ermənistan xarici işlər nazirləri həll olunmamış məsələlər üzrə məsləhətləşmələri davam etdirmək şərti ilə Qazaxıstanda ikitərəfli danışıqları başa çatdırıblar.
Azərbaycan Respublikasının XİN yaydığı bəyanatda bildirdi ki, Qazaxıstanın paytaxtı Almatıda keçirilən iki günlük danışıqlarda hər iki tərəf sərhədlərin delimitasiyası ilə bağlı irəliləyişi alqışlayıb, gələcək sülh müqaviləsinin müddəalarına toxunublar.
Qazaxıstanın Almatı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Ermənistanın diplomatik xidmətinin rəhbəri arasında qeyd olunan danışıqlar zamanı, iki ölkə rəsmiləri Azərbaycan və Ermənistan arasında sülhün və hökumətlərarası münasibətlərin yaradılmasına dair ikitərəfli saziş layihəsinin müddəalarını da müzakirə ediblər.
Ermənistan: Biz Azərbaycanla dəmir yolu əlaqəsi yaratmaqda maraqlıyıq
13 may 2024 at 18:19
Xəbər kodu:
85475955
Tehran - İRNA - Ermənistanın Xarici İşlər naziri ölkəsinin Azərbaycan Respublikası ilə dəmir yolu əlaqəsinin bərpası və qurulmasında maraqlı olduğunu bildirib.
Sizin rəyiniz