14 may 2024 at 12:46
Jurnalist kodu: 5564
Xəbər kodu: 85476703
T T
0 Persons
İranda 13-cü hökumətdə son onilliklərdə ən aşağı işsizlik səviyyəsi qeydə alınıb

Tehran - İRNA - Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyinin sahibkarlığın inkişafı və məşğulluq üzrə nazir müavini, keçən il ev işləri sahəsində 4 trilyon tüməndən çox yardım ödənildiyini bildirərək dedi: İran Statistika Mərkəzinin məlumatına görə, hicri şəmsi təqvimilə 1402-ci ildə (mart 2023-2024) işsizlik nisbəti 8,1 %-ə çatıb ki, bu da son onilliklərin ən aşağı göstəricisidir.

Mahmud Kərimi Beyranvənd Milli Məsləhət Mərkəzləri və Sahibkarlıq Xidmətləri Assosiasiyasının üzvləri, habelə, Məşğulluq İnstitutlarının İnkişafı və İşçi Qüvvəsinin Rəhbərliyi İdarəsinin Baş direktoru Ümid Malikin, vitse-prezidentin sahibkarlıq və məşğulluğun inkişafı üzrə müşaviri Əli Zəndukili və Məsləhət mərkəzlərinin və sahibkarlıq xidmətlərinin nümayəndəsinin bir qrupunun iştirakı ilə keçirilən görüşdə deyib: Statistikanın göstərdiyi kimi, 13-cü hökumətdə ölkənin əmək bazarında yaxşı, müsbət və inkişaf edən hadisələr baş verib ki, bunları gözardı etmək olmaz. 

O əlavə edib: İran Statistika Mərkəzinin məlumatına görə, 1402-ci ildə bütün ölkənin işsizlik səviyyəsi 8,1 %-ə çatıb ki, bu da son onilliklərin ən aşağı işsizlik səviyyəsidir və məzunların işsizlik səviyyəsi də ən aşağı səviyyəyə yəni 11,8 %-ə çatıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .