15 may 2024 at 21:36
Jurnalist kodu: 5561
Xəbər kodu: 85478600
T T
0 Persons
General Qaani: “Doğru Vəd” əməliyyatında NATO və Qərb bütün imkanlarından istifadə etdi

Tehran - İRNA - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandanı NATO və Qərbin “Doğru Vəd” əməliyyatı ilə mübarizə aparmaq üçün bütün imkanlarından istifadə etdiyini bəyan edərək deyib: “Sionist rejim, Amerika və Qərb müqavimət cəbhəsinin qarşısında dayana bilməyəcək qədər kiçikdir.”

General-mayor İsmayıl Qaani çərşənbə günü sionist cinayətkar rejimin İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə raket hücumu nəticəsində şəhid olan general-mayor Məhəmmədhadi Hacırəhiminin şəhadətinin qırx mərasimindəki çıxışında “Doğru Vəd” əməliyyatının xüsusi özəlliklərə malik olduğunu qeyd edərək deyib: “Əməliyyatın qarşısını almaq üçün Qara dənizdə 7-8 gəmi qrupu yerləşdirildi və əməliyyatın başlandığı axşamdan onun sonuna kimi bölgə səmasında 200-dən çox təyyarə var idi. Bölgənin hava hücumundan müdafiəsinə görə, dünyanın ən sıx yeri idi ki, biz belə bir yerdə əməliyyat keçirdik və tarixdə belə bir əməliyyat olmayıb.”

SEPAH Qüds qüvvələrinin komandanı əlavə edib: “Bu əməliyyatda İsrail rejimini müdafiə etmək üçün həddən artıq canfəşanlıq edən ABŞ prezidenti Co Bayden münaqişəyə girməyəcəyini rəsmən bəyan etdi.”

General-mayor Qaani çıxışının davamında deyib: “Doğru Vəd və İslam Respublikası bütün dünyada Amerikaya ümid bəsləyənlərə bu mesajı verdi ki, Amerika heç bir ölkəni İsrail rejimi qədər müdafiə etməyəcək. Odur ki, bölgə rəhbərləri bu barədə düşünməlidirlər. Üstəlik, Amerika NATO-nu meydana gətirmişdi. Bu müharibədə iştirak edən bütün cinayətkarlar əməllərinə görə cavab verəcəklər. “Doğru Vəd” əməliyyatı gecəsi təyyarələri ilə iştirak edən Fransa, Almaniya, İngiltərə hər şeyin bitdiyini düşünməsinlər! Onların da cavabı veriləcək.”

Qaani deyib: “Doğru Vəd əməliyyatının qələbəsi işğal olunmuş ərazilərə çatan raket və pilotsuz təyyarələrə görə deyil, bu əməliyyatın bir çox sirləri var. Doğru Vəd əməliyyatının bir çox gizli sirlərini təhlil etmək üçün çox iş görülməlidir.”

SEPAH Qüds qüvvələrinin komandanı qeyd edib: “Doğru Vəd müharibə deyil, məhdud bir əməliyyat idi və İslam Respublikası qüvvələrinin bir hissəsi tərəfindən həyata keçirildi. Dünya gücün harada olduğunu başa düşməlidir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .