Tatarıstan Prezidentinin dəvəti ilə 15-ci Rusiya-İslam Dünyası Beynəlxalq İqtisadi Sammitində iştirak etmək məqsədi ilə cümə günü Kazana səfər etmiş Əli Baqiri bu sözləri qeyd olunan görüşdə İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında əlaqələrin nəzərdən keçirilməsi üzrə ixtisaslaşdırılmış iclasda deyib.
“BRİKS qrupunda bizim ciddi iradəmiz beynəlxalq münasibətlərdə daha effektiv və səmərəli hərəkət etmək üçün digər regional və beynəlxalq aktorların qoşulması üçün zəmin axtarmaqdır”- deyə, Baqiri əlavə edib.
Xarici İşlər nazirinin müavini BRİKS qrupunu ədalətə əsaslanan dünya qurmaq və müstəqil ölkələrin maraqlarını təmin etmək üçün beynəlxalq kollektiv iradənin özəyi və hərəkətverici qüvvəsi adlandırıb.
Sizin rəyiniz