Azərbaycan Prezidenti İlham Əliyev Qız Qalası bəndinin açılış mərasimində İran-Azərbaycan əlaqələrinin bu gün xüsusi yer tutduğunu vurğulayaraq bildirdi: Xudafərin elektrik stansiyası və Qız Qalası bəndi bu gün fəaliyyətı veriləcək.
Azərbaycan Prezidenti bu elektrik stansiyasının tikintisində iştirak edən iranlıları yüksək qiymətləndirərək əlavə etdi: Bu layihələrin tikintisi üçün böyük imkanlardan istifadə olunub, çünki belə layihələrin həyata keçirilməsi yüksək təcrübə tələb edirdi.
O, iki ölkə arasında dostluğun tarixi keçmişə malik olduğuna işarə edərək, bildirdi: Bu layihənin həyata keçirilməsi iki ölkənin dostluğunu göstərir və bu gün bütün dünya İran və Azərbaycan dostluğunun şahidi olur. Xalqlarımız eyni bölgədə yaşayır və iki ölkə arasında əlaqələr ən yüksək səviyyədə olub.
Əliyev davam etdi: İki ölkə başçılarının sərhəddə ilk dəfə görüşməsi İran və Azərbaycan sərhədinin dostluq və qardaşlıq sərhəddi olduğunu göstərir.
O, deyib: Biz bu gün Ayətullah Rəisi ilə çox mühüm məsələləri müzakirə etdik və əmin olduq ki, fikirlərimiz, xüsusən də regional və beynəlxalq məsələlərdə birdir və biz bütün beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik.
İlham Əliyev həmçinin bəyan edib: İran və Azərbaycan Respublikası arasında nəqliyyat sahəsində həyata keçirilən müştərək layihələr bizim və region üçün xüsusi əhəmiyyət kəsb edir. Şimal-Cənub dəhlizi region üçün çox önəmlidir və İranda dəmir yolu infrastrukturunun yaradılması ilə bu dəhliz dünyanın ən həyati nəqliyyat koridoruna çevriləcək.
Azərbaycan Prezidenti ötən il iki ölkə arasında daşımaların 50 faiz artmasına toxunaraq əlavə edib: Dəmir yolu açılandan sonra bu miqdar daha da artacaq.
O, sözünə davam etdi: Bu gün Şimal-Cənub dəhlizinin bir hissəsi olan və Azərbaycan Respublikasını Naxçıvanla birləşdirən yeni Ağbənd körpüsü də istifadəyə veriləcək.
Sizin rəyiniz