19 may 2024 at 18:49
Jurnalist kodu: 5561
Xəbər kodu: 85482535
T T
0 Persons
İRNA müxbirinin Prezidenti daşıyan helikopterin axtarış-xilasetmə əməliyyatı barədə hadisə yerindən reportajı

Şərqi Azərbaycan - İRNA - Qəza yerinin ətrafındakı kəndlərin sakinlərinin verdiyi məlumata görə, Prezident və onu müşayət edən şəxsləri daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb.

Şərqi Azərbaycan əyalətinin Vərziqan şəhərinin şimalında yerləşən bu ərazinin sakinləri İRNA müxbirinə bildiriblər ki, bir saat əvvəl bu ərazidən səslər eşidildi.

Əraziyə pilotsuz təyyarələr və axtarış itləri də daxil olmaqla, tam avadanlıqla təchiz olunmuş 20-dən çox xilasetmə qrupu göndərilib.

Onlarla yanaşı, ərazidə axtarış əməliyyatlarına kömək etmək üçün silahlı qüvvələrin gözətçi qrupları və xüsusi təyinatlıları da iştirak edir.

Ərazinin mürəkkəbliyi, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də ərazidə qalın duman olması səbəbindən axtarış-xilasetmə işləri çox vaxt aparır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .