Cenevrədə BMT-nin bayrağı yarıya endirilib

21 may 2024 at 16:41
Xəbər kodu: 85485412
Cenevrədə BMT-nin bayrağı yarıya endirilib

London - İRNA - Cenevrədə BMT-nin bayrağı İran İslam Respublikasının şəhid olmuş Prezidenti, Xarici İşlər naziri və helikopter qəzasının digər şəhidlərin xatirəsinə yarıya qədər endirilib.

Bu təşkilatın Cenevrədəki qərargahında da BMT-yə üzv dövlətlərin bayraqları endirilib. 

Həmçinin dünən BMT Təhlükəsizlik Şurasının üzvləri, Beynəlxalq Dəniz Təşkilatının və Vyana Nüvə Təhlükəsizliyi Konfransının iştirakçıları iclasdan əvvəl İran şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

İmam Rzanın (ə) xadimi və İran İslam Respublikasının 8-ci Prezidenti Ayətullah Seyid İbrahim Rəisi mayın 19-u bazar günü “Qız Qalası” bəndinin açılışından sonra “Təbriz Neft Emalı Zavodunun Keyfiyyətinin Yüksəldilməsi” layihəsinin açılışına gedərkən, Vərziqan bölgəsində helikopter qəzasına uğrayıb, İmamət və vilayət səmasının səkkizinci parlaq ulduzu İmam Rzanın (ə) mövludu axşamında onunla helikopterdə olan nümayəndə heyəti ilə birlikdə şəhidlik zirvəsinə ucalıb.

Sizin rəyiniz

You are replying to: .