23 may 2024 at 18:58
Jurnalist kodu: 5561
Xəbər kodu: 85487315
T T
0 Persons
Seyid əl-Husi: Şəhid Rəisi digər dünya liderlərindən fərqli idi

Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının Baş katibi bu gün (cümə axşamı) etdiyi çıxışda şəhid Ayətullah Seyid İbrahim Rəisini dünyanın digər rəsmilərindən fərqli, İslam ümmətinin iftixarlı rəhbəri, İran və İslam ölkələrinin müdafiəsində şücaətli şəxsiyyət kimi xarakterizə edib.

Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi deyib: “İran Prezidenti, Xarici işlər naziri və onların yoldaşlarının şəhadətinin kədərinə şərikik.”

Seyid əl-Husi əlavə edib: “Şəhid Rəisi İslam ümməti məsələlərində İranın mövqeyinin daşıyıcısı idi və bunu qəti və cəsarətlə ifadə etdi. Bir çox liderlər öz açıqlamalarında amerikalıları nəyin qəzəbləndirə biləcəyini nəzərə aldıqları bir tonda danışırlar. Rəisi isə digər liderlərdən fərqli idi, o, Amerikanın təzyiqini nəzərə almadan aydın və cəsarətli səslə danışırdı və başqalarından fərqli idi.”

“Şəhid Rəisi İslam ümmətinin mənəvi və elmi müstəvidə fəxr edə biləcəyi bir İslam lideri idi. Cənab Rəisi həm məsuliyyət vəzifəsində, həm də xalqına münasibətdə nümunədir. Bu, digər liderlər üçün vacib bir dərsdir” - deyə, o, qeyd edib.

Yəmənin Ənsarullah lideri bildirib: “Ayətullah Rəisinin cənazəsinin müşayiəti mərasimində milyonlarla insanın iştirak etməsi onun xalq ilə yaxşı münasibətindən xəbər verir. O, bu məsələdə də dünyanın bir çox liderlərindən fərqlənir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .