24 may 2024 at 16:05
Jurnalist kodu: 5564
Xəbər kodu: 85487829
T T
0 Persons
İnqilab Rəhbəri: Prezidentin cənazəsinin xalq tərəfindən müşayiəti İslam Respublikasının gücünün bütün dünyaya mesajı idi

Tehran – İRNA - İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei çərşənbə gecəsi (22/05/2024) Höccətül-İslam vəl-müslimin şəhid doktor Rəisinin evində olmuş və onun ailə üzvləri ilə görüşərkən mərhum prezidenti İslam İnqilabı şüarlarının təcəssümü hesab edib və xalqın ona olan sədaqətini İslam Respublikasının xeyrinə olan dünyaya bir mesaj kimi qiymətləndirib.

Höccətül-İslam vəl-müslimin Ələmül-Hüda, Şəhid Rəisinin həyat yoldaşı xanım Doktor Ələmül-Hüda, övladları və yaxınlarının iştirak etdiyi bu toplantıda, İslam İnqilabının Rəhbəri cənab Rəisinin itkisini ölkə üçün ağır və əvəzedilməz itki kimi qiymətləndirib.

Ayətullah Xamenei prezidentin cənazə müşayiəti mərasimində insanların iştirakına və qəbul etdiyi xarici qonaqların gözündən də bunun yayınmadığına işarə edərək, bunu İslam Respublikasının lehinə dünyaya bir mesaj kimi qiymətləndirib. Belə ki, bu İslam Respublikasının xalqının köklərini və gücünü göstərdi; bu qüdrət və qüvvət İran cəmiyyətində və millətində dərin kök salmışdır.

İslam İnqilabının Rəhbəri bu görüşün davamında mərhum prezidentin səmimi xidmətlərinin onun həyatı ilə məhdudlaşmadığını vurğuladı və əlavə etdi: Cənab Rəisi vəfatından sonra da ölkəyə dəyərli xidmətlər göstərdi.

Həzrət Ayətullah Xamenei həmçinin müxtəlif şəhərlərdə baş verən hadisədən sonra xalqın mehribanlığı, sevgisi və sədaqətinə işarə edərək əlavə edib: Prezidentin sağlamlığı üçün dua və rövzələrlə müşayiət olunan bu toplantılar xalqın inqilaba və İslam inqilabının şüarlarına bağlılığını göstərir.

O, Şəhid Rəisinin İslam İnqilabı şüarlarının təcəssümü olduğunu bildirərək, inqilabın əsas sözlərinin prezidentin ağzından çıxdığını və bu şüarları özünün şüarına çevirdiyini bildirib.

İslam İnqilabının Rəhbəri bu görüşün sonunda Höccətül-İslam vəl-müslimin Rəisi üçün dua edib və bağışlanma diləyərək, qohumlarına Allahdan səbir diləyib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .