İRNA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, İrlandiya hökuməti çərşənbə axşamı verdiyi bəyanatda Fələstin dövlətini rəsmən tanıyıb.
İrlandiya hökumətinin yaydığı bəyanatda bu ölkənin Fələstini müstəqil dövlət kimi tanıdığı və Dublin ilə Ramallah arasında tam diplomatik münasibətlər qurmağa hazır olduğu bildirilir.
İrlandiya hökuməti Ramallah şəhərində səfirlik tikəcəyini və bu ölkəyə səfir göndərəcəyini açıqlayıb.
İrlandiyanın Baş naziri Simon Harris bu açıqlamadan sonra bu addımın sülhə ümidi yaşatmaq üçün atıldığını bildirib.
Baş nazir deyib: “Bu, İrlandiyanın ümidi yaşatmaq üçün verdiyi qərardır. Bu qərar, İrlandiyanın bölgəyə sülh və təhlükəsizlik gətirməyin yeganə yolunun iki dövlətli həll yolu ilə olduğuna inanmasına görədir.”
Sizin rəyiniz