29 may 2024 at 13:34
Jurnalist kodu: 5564
Xəbər kodu: 85493531
T T
0 Persons

Tags

Rəfahda Dünya Mətbəxi fəaliyyətini dayandırdı - UNICEF: Qəzzədə təhlükəsiz yer qalmayıb

Tehran - İRNA - Sionist rejim ordusunun Qəzzə zolağının cənubundakı Rəfah şəhərində törətdiyi yeni cinayətlərdən sonra Dünya Mərkəzi Mətbəxi bu şəhərdəki fəaliyyətini dayandırıb.

Dünya Mərkəzi Mətbəx Təşkilatı sionist rejimin Rəfaha hücumlarından sonra bu bölgədəki fəaliyyətini dayandırdığını açıqlayıb. 

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) də Qəzzə zolağında təhlükəsizlik, yardım və yanacaq olmadığını bildirib. 

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris də Fələstin xalqının sığınacağı üçün Qəzzə zolağında təhlükəsiz yer olmadığı barədə xəbərdarlıq etmişdi. 

“Əl-Cəzirə” kanalına danışan Harris sionist rejimin sağlamlıq mərkəzlərini hədəf almasından təəccübləndiyini bildirərək deyib: “Biz hələ də bilmirik ki, (İsrail) niyə xəstəxanaları və təcili yardım maşınlarını bombalayır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .