BMT Baş katibi Antonio Quterreş cümə axşamı günü İran Prezidenti, Xarici İşlər naziri və onlarla birlikdə helikopter qəzasında şəhid olan nümayəndə heyəti ilə bağlı keçirilən anım mərasimində deyib: “Mayın 19-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti, o cümlədən Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan və digər yeddi nəfərin həyatına son qoyan ürəkağrıdan hadisədən cəmi bir neçə gün sonra toplaşırıq.”
Quterreş əlavə edib: “Fürsətdən istifadə edərək mərhumların ailələrinə, İran İslam Respublikası hökuməti və xalqına başsağlığı verirəm.”
Sizin rəyiniz