Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani ötən gecə ABŞ və İngiltərənin Yəmənin Səna və Hudeydə şəhərlərində onlarla insanın şəhid olması və yaralanması ilə nəticələnən hücumlarını qətiyyətlə pisləyib.
Kənani deyib: “ABŞ və İngiltərənin Yəmənə təcavüzkar hücumu, vətəndaşları və mülki insanları hədəfə alması, eyni zamanda, bu iki ölkənin sionist rejimin Qəzzə zolağına və Rəfah bölgəsinə qarşı hərbi cinayətləri və soyqırımlarının davam etməsinə davamlı və qeyri-məhdud dəstəyi bölgədə təhlükəsizliyin yayılması, Yəmən xalqı və Milli Qurtuluş Hökumətinin məzlum Fələstin xalqına şərəfli dəstəyinə mane olmaq məqsədi ilə həyata keçirilir.
Mətbuat katibi Yəmənin suverenliyi və ərazi bütövlüyünün davamlı şəkildə pozulmasını və bu ölkə vətəndaşlarına qarşı hücumu beynəlxalq qanun və qaydaların, eləcə də insan haqlarının pozulmasının bariz nümunəsi hesab edərək deyib: “Amerika və İngiltərənin təcavüzkar hökumətləri Yəmən xalqına qarşı törədilən bu cinayətlərin nəticələrinə görə məsuliyyət daşıyırlar.”
Xarici İşlər Nazirliyinin sözçüsü dünya ictimaiyyətini və beynəlxalq qurumları, eləcə də İslam ölkələrini məzlum Yəmən xalqına dəstək olmaq üçün öz hüquqi və humanitar vəzifələrini yerinə yetirməyə, Amerika və İngiltərənin bölgədəki təxribatçı və avantürist hərəkətlərinə qarşı çıxmağa çağırıb.
Sizin rəyiniz