1 iyun 2024 at 21:23
Jurnalist kodu: 5561
Xəbər kodu: 85496612
T T
0 Persons
Şəhid Rəisi dini azlıqları hər zaman açıq ağuşla qəbul edib

Tehran - İRNA - Tehran Assuri Dərnəyinin rəhbəri deyib: “Şəhid Rəisi Məhkəmə Sistemindəki missiyasından bəri həmişə dini azlıqları açıq ağuşla qəbul edib.”

İran və iranlının izzət yolunun şəhid xadimlərinin xatirə və anım mərasimi şənbə günü, 1 iyunda İranşünaslıq Fondunda səmavi dinlərinin nümayəndələrinin iştirakı ilə keçirildi.

Tehranın Assuriya Dərnəyinin rəhbəri Yunatan Betkeliya çıxışında şəhid Prezidenti İran torpağının ən uca şəxsiyyətlərindən biri hesab edib, onun və onunla birlikdə şəhid olanların tarixi vida mərasimində xalqın bənzərsiz iştirakını şəhid Prezidentin uca məqamının əlaməti adlandırıb, şəhidləri xalqa xidmətdə bənzərsiz bir nümunə kimi təqdim edib.

Bu mərasimdə Tehran və İrannın şimal bölgəsi ermənilərinin İslami Şura Məclisindəki nümayəndəsi Ara Şavərdyan da ölkədə xalqın birliyinin vacibliyini qeyd edib, şəhid Prezidenti İran idarəçiliyi üçün uyğun örnək kimi təqdim edib.

Yəhudilərin İslami Şura Məclisindəki nümayəndəsi Humayun Sameyeh də şəhid Prezidentin azlıqlara və dinlərə diqqət yetirdiyini önə çəkib.

İslami Şura Məclisində assuriya və kəldani xristianlarının nümayəndəsi Şarli Enviye Tekyeh şəhid Prezidentin inqilabın əvvəlindən gördüyü işlərə diqqət çəkib, onun əvvəldən xalqa xidmət yolunda səy göstərdiyini qeyd edib, İranda yaşayan bütün dini azlıqlar və etnik qrupları arasında o şəhidin sevimli olduğunu vurğulayıb.

Hörmətli keşiş Ninus Muqəddəsniya da deyib: “Şəhid İbrahim Rəisi və xidmət şəhidləri son ana qədər İran xalqına xidmət etdilər, ömrünü xidmət və ibadətlə keçirənlər əbədi olaraq qalacaqlar və əbədi səadətə çatacaqlar.

Tehran Ermənilərinin Xilafət Şurasının müşaviri hörmətli keşiş Qriqoris Nersisyans da şəhid Ayətullah Rəisi və onunla birgə şəhid olan nümayəndə heyətini sadiq və fədakar xidmətçilər adlandırıb və vurğulayıb ki, İranın şəhid Prezidentini xalqa fədakar xidmət nümunəsi kimi təqdim etmək olar, çünki o, canını heç bir minnət qoymadan İranın və iranlıların izzəti yolunda qurban verdi və gələcək nəsillər üçün gözəl nümunə oldu.

Həmçinin Tehran Zərdüşt Dərnəyinin rəhbəri Afşin Nemiranyan belə bir anım mərasiminin keçirilməsini ilahi dinlərin həmrəylik və birliyi, İran xalqlarının vəhdət və həmrəyliyinin əlaməti olduğunu bildirib və belə bir hərəkəti innovativ hesab edib.

Sizin rəyiniz

You are replying to: .