İsrail və ərəb ölkələri arasında 6 günlük müharibənin başlamasından sonra şiə təqlid mərcəsi və İrandakı Pəhləvi rejiminə qarşı müxalifətin lideri olan İmam Xomeyni (r.ə.) bir mesajında İsraillə hər hansı əlaqəni şəriət tərəfindən haram elan etdi və insanları İsrail mallarından istifadə etməməyə çağırdı. Bu mesaj geniş yayılmış “İsraili boykot” kampaniyalarına səbəb olan bir növ yeni təşəbbüs idi.
Bu mesaj 1967-ci il iyunun 7-də verilmişdir və onun mətni belədir:
Bağışlayan və Mehriban Allahın adı ilə!
Müsəlmanlarla İslam dövlətləri arasında nifaq salaraq, onların mənəvi və maddi imkanlarından istifadə edərək əziz ölkələrimizi əsarət və istismar zilləti altında saxlamaq istəyən yadellilərə və onların müttəfiqlərinə qarşı dəfələrlə İslam dövlətlərini birlik və qardaşlığa çağırmışam.
Mən dəfələrlə hökumətlərə, xüsusən də İran hökumətinə İsrail və onun təhlükəli agentlərinə qarşı xəbərdarlıq etmişəm. Böyük dövlətlərin dəstəyi ilə İslam ölkələrinin qəlbində yerləşdirilən və hər gün fitnə-fəsadının kökləri İslam ölkələrini təhdid edən bu fitnə ünsürü İslam ölkələri və böyük İslam xalqlarının səyləri ilə məhv edilməlidir. İsrail İslam ölkələrinə qarşı silahlı qiyam başlatdı və onu cəzalandırmaq İslam ölkələri və xalqlarına vəzifədir. İsrailə kömək etmək, istər silah və partlayıcı maddələr, istərsə də neft satışı haram və İslama zidddir. İsrail və onun agentləri ilə əlaqələr, istər işgüzar əlaqələr, istərsə də siyasi əlaqələr haram və İslama zidddir. Müsəlmanlar İsrailin mallarından istifadə etməkdən çəkinməlidirlər. Uca Allahdan İslama və müsəlmanlara yardım etməsini diləyirəm. “Haqq yolu tutub gedənlərə salam olsun!” (Taha, 47).
Ruhullah Əl-Musəvi Əl-Xomeyni
Mənbə: Səhifeyi-Nur, 1-ci cild, səh. 139, mesajın tarixi; 8 iyun 1967-ci il.
Sizin rəyiniz