Sionist rejimin 11-ci kanalı bu gün öz hesabatında bildirib: İsrailin (İşğal olunmuş Fələstin) şimalındakı Əl-Cəlil bölgəsində çərşənbə axşamı günü 96 yanğın hadisəsi baş verib.
Bu kanala görə, bu yanğınlar nəticəsində işğal olunmuş Fələstinin şimalında, Livanla sərhədə yaxın Ras-ən-Nəqqura bölgəsində 1200 hektar meşə sahəsi yanıb.
Sionist rejimin 11-ci kanalı əlavə edib: “Naftali” kimi tanınan dağın meşələrinin 90 %-i alovlanıb və bu meşələrin təxminən səkkiz min hektarı müxtəlif dərəcələrdə yanıb.
Yanğınlar bazar ertəsi axşam saatlarında işğal olunmuş Fələstinin şimalında başlayıb və qeyd olunan statistika yalnız dünənə, çərşənbə axşamı gününə aiddir.
Sionist rejimin xəbər mənbələri dünən bildiriblər ki, yanğınların səbəblərindən biri bu rejim ordusunun Hava Hücumundan Müdafiə sisteminin Hizbullahın raketləri və PUA-ları ilə mübarizə apara bilməməsi və bu sistemin raketlərinin işğal olunmuş Fələstin ərazilərinin şimalındakı döyüş bölgələrinə düşməsidir.
Sizin rəyiniz