İran İslam Respublikasının Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni çərşənbə günü hökumət nümayəndə heyətinin iclası çərçivəsində jurnalistlərə bildirib: “İran həmişə təsirli ölkə kimi regional proseslərdə iştirak edib və regional məsuliyyət kimi sabitləşdirici rola sadiqdir.”
Baqiri İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası haqqında da deyib: “Son bir neçə gündə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin bir sıra xarici işlər nazirləri ilə danışıqlarımda yenə də bu məsələ vurğulandı və onlar da bu təkliflə razılaşmaqla yanaşı, digər İslam ölkələrinin də fikrini bu işə cəlb etməyə çalışırlar.”
Baqiri Beynəlxalq Atom Enerjisi Agentliyi ilə bağlı məsələlərə toxunub: “Agentlik texniki orqandır və Direktorlar Şurasına üzv dövlətlər də daxil olmaqla bütün ölkələrin agentliyin texniki yanaşmasına uyğun davranması gözlənilir. Bəzi üzv ölkələrin agentliyin imkanlarından siyasi məqsədlər istiqamətində istifadə edərək qeyri-konstruktiv yanaşması agentliyin mahiyyətinə və onun rol ifa etməsinə, eləcə də ixtisaslaşdırılmış roluna mütləq xələl gətirəcək.”
O, açıqlamasının davamında deyib: “Biz həmişə müxtəlif hökumətləri agentliyin texniki və ixtisaslaşdırılmış rolunu davam etdirməsinə icazə verməyə, agentlikdən kənar sahələrdə yaşadıqları uğursuzluqlar üzündən onu siyasi hesablaşma yerinə çevirməməyə çağırmışıq.”
Sizin rəyiniz