6 iyun 2024 at 22:24
Jurnalist kodu: 5561
Xəbər kodu: 85500869
T T
0 Persons

Honq Konq 2 - İran 4

6 iyun 2024 at 22:24
Xəbər kodu: 85500869
Honq Konq 2 - İran 4

Tehran - İRNA - İranın futbol üzrə milli komandası Dünya Çempionatı-2026-nın seçmə mərhələsində Honq-Konqa 4:2 hesabı ilə qalib gəlib.

Honq-Konq milli futbol komandası ilə ölkəmizin milli komandası Dünya Çempionatı-2026-nın I təsnifat mərhələsinin E qrupunun cavab turu çərçivəsində bu gün (cümə axşamı) saat 15:30-da Honq Konq Milli Stadionunda qarşılaşıblar.

İlk oyunda Honq-Konq yığmasını 4:0 hesabı ilə məğlub edən ölkəmizin komandası cavab oyununda da qələbəni təkrarlamağa çalışırdı.

İran millisi bu qələbə ilə xallarını 13-ə çatdıraraq, E qrupunda turnir cədvəlinin yuxarı pilləsində mövqeyini möhkəmləndirib. Honq Konq da bir xalla dördüncü və cədvəlin sonuncu pilləsində qərarlaşıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .