Dünya Bankı dünyada ərzaq inflyasiyası ilə bağlı hesabatında İranın 2024-cü ilin dördüncü ayında ərzaq inflyasiyasının 23,1 faiz olduğunu açıqlayıb.
İranda bu ay ərzaq inflyasiyası əvvəlki ayla müqayisədə 1,4 bənd azalıb. Dünya Bankı 2024-cü ilin mart ayında İranda ərzaq inflyasiyasının 24,5% olacağını təxmin etmişdi.
İranda ərzaq inflyasiyası son bir ildə azalma tendensiyası nümayiş etdirib və bu müddət ərzində üçdə bir həddə qədər azalıb. Mart və aprel aylarında İranda ərzaq inflyasiyası 20%-lik göstəriciyə daxil olub. 2023-cü ilin may ayında İranda ərzaq inflyasiyasının 77,5% olduğu açıqlanıb.
Sizin rəyiniz