Əli Baqirinin D-8 Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında təqdim etdiyi İranın Qəzzə ilə bağlı 9 təklifi belədir:
1. Fələstinlə bağlı “D-8 Təşkilatının dəstək proqramı”nın yaradılması. Bu proqrama təşkilat üzvlərinin Fələstinin inkişafı və yenidən qurulması ehtiyaclarına kollektiv töhfələri daxil ola bilər;
2. D-8-in Qəzzənin yenidən qurulması üçün beynəlxalq konfransın yaradılmasına və İslam ölkələrindən maliyyə yardımı toplamaq üçün İslam fondunun yaradılması ilə bağlı dəstəyi;
3. Qəzzəyə qarşı müharibəni dayandırmaq və bu bölgəyə beynəlxalq humanitar yardım göndərilməsinin beynəlxalq səviyyədə izlənilməsi məqsədilə İƏT əlaqə qrupunu müşayiət etmək üçün D-8 əlaqə qrupunun yaradılması;
4. Sionist rejimlə istənilən siyasi, iqtisadi və ticari əlaqələrin dayandırılması və kəsilməsi;
5. İşğalçı sionist rejim ordusunun və onun təhlükəsizlik qurumlarının soyqırım cinayətləri, hərbi cinayətlər və insan haqları və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması səbəbindən “terror təşkilatları” kimi tanınması;
6. D-8 təşkilatının İsrail rejiminin aparteid qurumu kimi tanınmasına dəstək verməsi və BMT Baş Assambleyasının 3379 saylı qətnaməsini bərpa etmək üçün üzv dövlətlərin birgə səy göstərməsi;
7. D-8 təşkilatının konsensus və Fələstin milli birliyi və müharibə bitdikdən sonra Fələstin ərazilərinin idarə edilməsinə dair razılaşma və seçkilərin keçirilməsi məqsədilə bütün Fələstin qruplarının iştirakı ilə hərtərəfli Fələstin dialoqlarının aparılmasına dəstəyi;
8. D-8 təşkilatının təcavüzkar sionist rejimin beynəlxalq qurumlar və tədbirlərdə üzvlüyünün və iştirakının dayandırılması tələbi, o cümlədən bu rejimin Paris Olimpiadasından qovulması və...;
9. Beynəlxalq Ədalət Məhkəməsində və Beynəlxalq Cinayət Məhkəməsində və s. davam edən beynəlxalq hüquqi kampaniyalarda Fələstinə hüquqi dəstək göstərmək məqsədilə D-8-ə üzv ölkələr tərəfindən birgə hüquq komitəsinin yaradılması.
D-8 Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında İranın Qəzzə ilə bağlı 9 təklifi
8 iyun 2024 at 18:07
Xəbər kodu:
85502402
İran İslam Respublikasının Xarici İşlər naziri vəzifəsinin icraçısı D-8 üzvü olan ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclasında İranın Qəzzə ilə bağlı 9 təklifini baxılması və qərara alınması üçün bəyan edib və Qəzzənin möhtərəm xalqının əzab-əziyyətini azaltmaq üçün bu görüşün əməli və dərhal nəticələri olacağına ümid etdiyini bildirib.
Sizin rəyiniz