Netanyahunun administrasiyasının rəhbəri Tsahi Braverman, bu rejimin müharibə naziri Yoav Qalantın Haredimləri (dini pravoslav) məcburi hərbi xidmətdən azad edən qanuna səs verməməsindən sonra onu “rüsvayçı” biri kimi qələmə verib və işdən çıxarılmasını tələb edib.
Sionist rejimin Knessetində Netanyahunun kabinetini dəstəkləyən koalisiya çərşənbə axşamı səhər Haredimiləri məcburi hərbi xidmətdən azad edən qanunu təsdiqləyib.
İsrailin Ordu Radiosu bildirib: “(Müharibə) naziri Yoav Qalantın etirazına baxmayaraq, Knesset Haredimləri azad edən qanun layihəsini 120 üzvdən 63 səs çoxluğu ilə təsdiqləyib.
Bu hesabata əsasən, 57 nümayəndə də bu qanun layihəsinin əleyhinə səs verib.
Sizin rəyiniz