12 iyun 2024 at 11:37
Jurnalist kodu: 5564
Xəbər kodu: 85506733
T T
0 Persons
BMT sionist rejimi uşaq hüquqlarını pozanlar üzrə qara siyahıya salıb

Tehran - İRNA - Media mənbələri çərşənbə axşamı gecə xəbər veriblər ki, BMT sionist rejimi silahlı münaqişələrdə uşaq hüquqlarını pozanlar üzrə qara siyahıya salıb.

BMT-nin Baş Katibi Antonio Quterreş bəzi KİV-lər tərəfindən görülən hesabatda yazıb: 2023-cü ildə silahlı münaqişələrdə uşaqlara qarşı zorakılıq böyük ölçüdə yayılıb və şok edici 21 %-ə qədər artıb.

Cümə axşamı rəsmi olaraq dərc edilməsi planlaşdırılan hesabatda uşaqların ölümünə və yaralanmasına səbəb olan zorakılığın əvvəlki illə müqayisədə 35 faiz artdığı bildirilir.

Anadolu xəbər agentliyinin məlumatına görə, bu hesabat silahlı qarşıdurmalarda ən ağır uşaq hüquqlarının pozulması hallarının İsrail və işğal olunmuş Fələstin torpaqları, Konqo Demokratik Respublikası, Myanma, Somali, Nigeriya və Sudanda baş verdiyini göstərir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .