HƏMAS hərəkatı Amerikanın atəşkəs təklifi ilə bağlı verdiyi açıqlamada bildirib: İşğalçı rejimin Qəzzada cinayəti davam etdirmək səylərinə baxmayaraq, HƏMAS atəşkəslə bağlı dolayı danışıqların bütün mərhələlərində müsbət hərəkət edib.
HƏMAS hərəkatı ABŞ dövlət katibinin “Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasına mane olmaqda hərəkatın məsuliyyət daşıdığı” bəyanatlarını da pisləyib.
Bu bəyanatda HƏMAS hər zaman müharibəni dayandırmaq və əsir mübadiləsi aparmaq istədiyini və Co Baydenin planını və Təhlükəsizlik Şurasının qətnaməsini açıq şəkildə alqışladığını vurğulayıb.
Sizin rəyiniz