İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei böyük və əzəmətli Həcc Qurultayı münasibətilə verdiyi mesajda “bəşəri miqyas” və “İslamın mənəvi amilinin gücünü” həccin vacibliyinin iki aspekti adlandırıb və Qəzzada baş verən müasir tarixdə bənzəri olmayan faciələrə toxunaraq vurğulayıb: Sionist rejim və onun havadarlarından, xüsusən də ABŞ-dan bəraət bu il Həcc mövsümündən sonra da, müsəlmanların məskunlaşdığı ölkə və şəhərlərdə, dünyanın hər yerində davam etməli və xalqa yayılmalıdır.
İslam İnqilabının Böyük Rəhbərinin Allah evinin zəvvarlarına müraciətinin mətni belədir:
Bağışlayan və Mehriban Allahın adı ilə
Və aləmlərin Rəbbi olan Allaha həmd olsun, ağamız Muhəmməd əl-Mustafa və onun pak ailəsinə, xeyirxah səhabələrinə və qiyamətə qədər yaxşılıqla onlara tabe olanlara salavat və salam olsun.
Həcc mövsümündə Allahın əmri ilə bütün insanları Kəbəyə dəvət edən İbrahiminin ürəkaçan avazı bu il də, dünyanın hər yerindən çoxlu müsəlmanların qəlbini bu tövhid və vəhdət mərkəzinə cəzb etmiş və bu əzəmətli və rəngarəng insan izdihamını ərsəyə gətirmiş, İslamın bəşəri miqyasını və mənəvi amilinin gücünü özünə və yadlara nümayiş etmişdir.
Həccin əzəmətli toplantısı və mürəkkəb ayinləri hər dəfə düşünülmüş gözlə baxıldıqda, müsəlman üçün güc və güvən mənbəyi, düşmən və bədxahlar üçün isə qorxuducu və heybətlidir.
İslam ümmətinin düşmənləri və bədxahlarının həccin bu iki cəhətini məhv etmək və şəkk etmək üçün hədəfə alması təəccüblü deyil; istər dini və siyasi fərqləri önə çəkməklə, istərsə də müqəddəs və mənəvi cəhətlərini azaltmaqla.
Quran həcci bəndəlik, zikr və xüşunun (xüşu - diqqətini yalnız ibadətə yönəltmə) təzahürü, insanların bərabər kəramətinin təzahürü, insanın maddi və mənəvi həyatının təşkilinin təzahürü, bərəkət və hidayət təzahürü, qardaşlar arasında mənəvi aramlığın və əməli güzəştin təzahürü, düşmənlərə qarşı ikrah və nüfuzlu cəbhənin təzahürü kimi təqdim edir.
Həcclə bağlı ayələr üzərində düşünmək və bu bənzərsiz vəzifənin əməlləri və ayinləri üzərində düşünmək Həccin mürəkkəb tərkibində bu və buna bənzər sirləri bizə göstərir.
Siz hacı qardaş və bacı, indi bu həqiqətləri və maarifi tətbiq etmək ərsəsindəsiniz. Fikrinizi və əməlinizi ona yaxın və daha yaxın edin və bu ülvi anlayışlarla qarışmış və bərpa edilmiş kimliyi evə qaytarın. Bu, Həcc səfərinizin dəyərli və əsl yadigarıdır.
Bu il bəraət məsələsi keçmişlə müqayisədə daha qabarıqdır. Çağdaş tariximizdə bənzəri olmayan Qəzzada baş verən faciələr, amansız və qəddarlıq və vəhşiliyin təcəssümü olan rejimin hegemonluğu və təbii ki, sionizmin tənəzzülü heç bir müsəlman fərdin, partiyanın, dövlətin və məzhəbinin dözümünə və tolerantlığına yer qoymayıb. Builki bəraət həcc mövsümündən və Miqatdan sonra, dünyanın müsəlman əhalisi olan ölkə və şəhərlərində davam etməli, həcc ziyarətindən kənarda insanlara da yayılmalıdır.
Sionist rejimdən və onun havadarlarından, xüsusən də Amerika Birləşmiş Ştatları hökumətindən bu bəraət xalqların və hökumətlərin söz və əməllərində özünü göstərməli və cəlladlar üçün meydanı daraltmalıdır.
Fələstinin polad müqaviməti, səbir və müqavimət əzəməti ilə dünyanı heyran qoyan və hörmətlə qarşılanan səbirli və məzlum Qəzza xalqı hər cür dəstəklənməlidir.
Allahdan onlara tam və tez qələbə diləyirəm, əziz zəvvarlar, sizlərə də qəbul olunan Həcc ziyarətini diləyirəm. Həzrəti Bəqiyyətullahın (Ona canım fəda olsun) qəbul olunan duası sizə kömək olsun.
Allahın salamı və rəhməti üzərinizə olsun!
Seyid Əli Xamenei
4 Zilhiccə 1445
11 iyun 2024
Sizin rəyiniz